• 20 Sentyabr 2020
logo
Berlində yüzə yaxın aksiya iştirakçısı tutulub

Berlində yüzə yaxın aksiya iştirakçısı tutulub

Berlində irqçiliyə qarşı etiraz edən 93 nəfər aksiyaçı tutulub.
Bu barədə yerli polis xəbər yayıb.
Qeyd edək ki, dünən Berlində 15 min nəfərin iştirakı ilə irqçiliyə qarşı dinc aksiya keçirilib. Mitinq sonrası isə bir qrup aksiyaçının polislə toqquşması baş verib.
Polisin yaydığı məlumata görə, aksiyaçılardan biri polis avtomobilinə zərər vermək istəyib. Həmin adamı saxlayarkən, digər aksiyaçılar polisə daş və butulkalar atmağa başlayıb.