• 1 Oktyabr 2020
logo
Ermənistanın baş naziri: “Hazırda ölkədə 100 mindən çox koronavirus daşıyıcısı var”

Ermənistanın baş naziri: “Hazırda ölkədə 100 mindən çox koronavirus daşıyıcısı var”

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə koronavirus daşıyıcılarının sayı barədə danışıb.
O, bu barədə Facebook səhifəsində yazıb: "Elmi tədqiqatlara görə, hazırda Ermənistanda 100 mindən çox infeksiya daşıyıcısı var".
Qeyd edək ki, N. Paşinyan və ailəsi də COVID-19-a yoluxub və Ermənistanda koronavirusa yoluxanların sayı 13130 nəfərə çatıb.
Son sutkada 766 nəfər koronavirusa yoluxub, 10 nəfər ölüb.
İndiyə kimi Ermənistanda 200 nəfər virus səbəbi ilə ölüb.