• 21 Sentyabr 2020
logo
Vaşinqtonda son günlərin ən böyük nümayişi keçirilib

Vaşinqtonda son günlərin ən böyük nümayişi keçirilib - FOTO

ABŞ-ın paytaxtı Vaşinqtonda son günlər ən böyük nümayiş keçirilib.
TASS-ın məlumatına görə, etirazçılar dinc şəraitdə, festival formasında aksiyada iştirak edib.
Amerika Birləşmiş Ştatlarının paytaxtının mərkəzi küçələrində nəqliyyatın hərəkəti bağlanıb. Nümayişçilər səsgücləndirici ilə çıxışlar edib. Əsas hadisələr Ağ Evin yaxınlığındakı Lafayette Meydanının qarşısında baş verib.
Qeyd edək ki, etiraz aksiyası ABŞ-da afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsi ilə bağlıdır. Bu hadisədən sonra ABŞ-ın müxtəlif ştatlarında kütləvi iğtişaşlar olub.