• 30 Sentyabr 2020
logo
Gürcüstanda koronavirusa yoluxanların sayı 809 nəfərə çatdı

Gürcüstanda koronavirusa yoluxanların sayı 809 nəfərə çatdı

Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) yalnız 1 yoluxma halı qeydə alınıb.
Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində təsis etdiyi xüsusi internet saytında bildirilib. Bununla da ölkədə qonşu ölkədə yoluxanların sayı 809 nəfərə çatıb.
Qeyd olunub ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 3161 nəfər karantində saxlanılır, 285 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 674 nəfər sağalıb, 13 nəfər isə dünyasını dəyişib.
Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.