• 24 Sentyabr 2020
logo
Çində ötən sutka ərzində 5 nəfərdə koronavirusun aktiv forması aşkarlanıb

Çində ötən sutka ərzində 5 nəfərdə koronavirusun aktiv forması aşkarlanıb

Çində ötən sutka ərzində 5 nəfərdə yeni növ koronavirusun aktiv forması aşkarlanıb.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, yeni yoluxma halı Quandun əyalətində, xaricdən qayıtmış vətəndaşlarda qeydə alınıb.

Bildirilir ki, ötən sutka ərzində 2 nəfərdə simptomsuz koronavirus aşkarlanıb, onlar da xaricdən gələn vətəndaşlarda qeydə alınıb. Simptomsuz koronavirus daşıyıcıları həkimlərin nəzarəti altında saxlanılır.

Qeyd edilir ki, son sutka ərzində Çində koronavirusdan ölüm halı qeydə alınmayıb. Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 83 030 nəfərə çatıb, ölənlərin sayı isə 4 634 nəfər səviyyəsində qalıb.