• 24 Aprel 2024
logo
Ermənistanda bir gündə 600-ə yaxın şəxs koronavirusa yoluxub, 7 nəfər ölüb

Ermənistanda bir gündə 600-ə yaxın şəxs koronavirusa yoluxub, 7 nəfər ölüb

Ermənistanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 596 yoluxma halı qeydə alınıb, 7 nəfər ölüb.
Bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 11 817 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 183 nəfərə çatıb.
Xəstəlikdən sağalanların sayı 3513 nəfərdir.