• 20 Sentyabr 2020
logo
Liviya ordusu Tripolini tam nəzarətə götürüb

Liviya ordusu Tripolini tam nəzarətə götürüb

Liviya Milli Razılıq Hökuməti ordunun paytaxt Tripolini tam nəzarətə götürdüyünü bəyan edib.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, Xəlifə Haftarın rəıhbərlik Liviya Milli Ordusunun (LMO) qüvvələri geri çəkilir.

"Daily Sabah"ın məlumatına görə isə Liviyanın Baş Naziri Faiz Sərrac Tripolidən savayı, daha iki şəhərin Haftar qüvvələrindən azad olunduğunu açıqlayıb.

O, Haftar qüvvələrinin gənc üzvlərini silahlarını təhvil verməyə çağırıb.