• 19 Aprel 2024
logo
ABŞ-ın neft ehtiyatları azalıb – RƏSMİ

ABŞ-ın neft ehtiyatları azalıb – RƏSMİ

Ötən həftənin yekunlarına görə (25-29 may), ABŞ-ın kommersiya neft ehtiyatları 2,08 mln. barel azalaraq 532,35 mln. barel təşkil edib.

Bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın neft ehtiyatlarının 3,04 mln. barelə yaxın artacağını proqnozlaşdırırdı.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.