• 15 Avqust 2020
logo
İranda son sutkada 3117 nəfər koronavirusa yoluxub, 64 nəfər ölüb

İranda son sutkada 3117 nəfər koronavirusa yoluxub, 64 nəfər ölüb

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 64 nəfər vəfat edib.

Bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 7942 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 3117 yoluxma halı qeydə alınıb. İndiyə kimi COVID-19-a yoluxanların ümumi sayı isə 157 562 nəfər təşkil edir.

Xəstəlikdən indiyədək 123 077 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 2565 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.