• 19 Aprel 2024
logo
Gürcüstanda koronavirusa yoluxanların sayı 796 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 796 nəfərə çatıb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 2 yoluxma halı qeydə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində təsis etdiyi xüsusi internet saytında bildirilib.

Bununla da Gürcüstanda virusa yoluxanların sayı 796 nəfərə çatıb.

Qeyd olunub ki, Gürcüstanda koronavirus səbəbi ilə 2508 nəfər karantində saxlanılır, 300 nəfər isə stasionar şəraitdə müalicə olunur.

Yoluxanlardan 634 nəfər sağalıb, 12 nəfər isə vəfat edib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.