• 19 Aprel 2024
logo
Ermənistan həbsxanasında Cənubi Koreya vətəndaşı intihar edib

Ermənistan həbsxanasında Cənubi Koreya vətəndaşı intihar edib

Ermənistanda həbsxanaların birində Cənubi Koreya vətəndaşı intihar edib.
Erməni KİV-lərinin məlumatına görə, 50 yaşlı Konq Canq Hon öz kamerasında asılı vəziyyətdə tapılıb.
Onun bədənində zorakılıq əlamətləri aşkar edilməyib.
Qeyd olunur ki, Cənubi Koreya vətəndaşı fırıldaqçılıq ittihamı ilə həbs edilib.