• 20 Aprel 2024
logo
Çində ötən sutka ərzində cəmi 2 nəfərdə koronavirusun aktiv forması aşkarlanıb

Çində ötən sutka ərzində cəmi 2 nəfərdə koronavirusun aktiv forması aşkarlanıb

Çində ötən sutka ərzində cəmi 2 nəfərdə yeni növ koronavirusun aktiv forması aşkarlanıb.
"İnterfaks"ın verdiyi məlumata görə, yeni yoluxma halı Şandun əyalətində, xaricdən qayıtmış vətəndaşlarda qeydə alınıb.
Bildirilir ki, ötən sutka ərzində 3 nəfərdə simptomsuz koronavirus aşkarlanıb, onlardan biri xaricdən gələn vətəndaşda qeydə alınıb. Simptomsuz koronavirus daşıyıcıları həkimlərin nəzarəti altında saxlanılır.
Qeyd edilir ki, son sutka ərzində Çində koronavirusdan ölüm halı qeydə alınmayıb. Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 83 min nəfəri ötüb, ölənlərin sayı isə 4 634 nəfər səviyyəsində qalıb.