• 25 Aprel 2024
logo
Qazaxıstanda 476 nəfərdə koronavirusa yoluxma qeydə alınıb

Qazaxıstanda 476 nəfərdə koronavirusa yoluxma qeydə alınıb

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa daha 476 nəfər yoluxub.
"Kazinform"un verdiyi məlumata görə, yoluxma halları Nur-Sultan (149), Almatı (117), Çimkənd (22) şəhərlərində və Karaqanda (44), Qərbi-Qazaxıstan (41), Minqistausk (31), Qızılorda (25), Kostanay (12), Atırau (12), Jambıl (7), Türküstan (6), Şərqi-Qazaxıstan (5), Almatı (4), Akmolinsk (1) vilayətlərində qeydə alınıb.
Bildirilir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 10 858 nəfərə çatıb.