• 18 Aprel 2024
logo
ABŞ-ın gündəlik neft istehsalı 11,4 milyon barrelə düşüb

ABŞ-ın gündəlik neft istehsalı 11,4 milyon barrelə düşüb

Birləşmiş Ştatların sutkalıq xam neft hasilatı azalır.
Bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın neft istehsalı 111 min barrel azalaraq sutkada orta hesabla 11,4 milyon barrel olub.
Bu il fevralın 22-28-ni əhatə edən həftədə isə ABŞ-ın neft hasilatı gündəlik orta hesabla 13,1 milyon barrelə çataraq rekord səviyyəyə yüksəlmişdi.
Keçən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə 2 milyon barrel artaraq sutkada 7,2 milyon barrel, neft ixracı isə əvvəlki həftə ilə müqayisədə 63 min barrel geriləyərək gündəlik 3,17 milyon barrel təşkil edib.
EIA-nın proqnozuna görə, ABŞ-ın neft hasilatının cari ildə sutkalıq orta hesabla 11,7 milyon barrel olacağı gözlənilir.
Qeyd edək ki, ABŞ 2018-ci ilin noyabrında Səudiyyə Ərəbistanı və Rusiyanı geridə qoyaraq dünyanın ən böyük neft istehsalçısı olub.