• 26 Aprel 2024
logo
Qırğızıstanda koronavirusa yoluxanların sayı 1 594 nəfərə çatıb

Qırğızıstanda koronavirusa yoluxanların sayı 1 594 nəfərə çatıb

Qırğızıstanda ötən sutka ərzində yeni növ koronavirusa daha 74 nəfər yoluxub.
"Kabar"ın verdiyi məlumata görə, bunu brifinq zamanı ölkənin səhiyyə nazirinin müavini Nurbolot Usenbayev deyib.
Onun sözlərinə görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 594 nəfərə çatıb.
Nazir müavini qeyd edib ki, ötən sutka ərzində koronavirusdan 23 nəfər koronavirusdan sağalaraq evə buraxılıb. Ümumilikdə ölkədə 1 066 nəfər koronavirusdan sağalıb.