• 25 Aprel 2024
logo
İranda daha 56 nəfər koronavirusdan ölüb

İranda daha 56 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində daha 56 nəfər koronavirusdan (COVID-19) ölüb.
Bu barədə Trend İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinə istinadən məlumat verib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpurun sözlərinə görə, beləliklə İranda bu virusdan ölənlərin sayı 7 564 nəfərə yüksəlib.
Cahanpur əlavə edib ki, ötən 24 saat ərzində daha 2 080 nəfər koronavirusa yoluxub. Bununla da indiyədək ölkədə virusa yoluxanların sayı 141 591 nəfərə çatıb. Virus daşıyıcılarından 2 551 nəfərin vəziyyəti ağırdır.
Nazirlik rəsmisi indiyədək 111 176 nəfərin koronavirusdan sağaldığını deyib.
İranda koronavirusun diaqnozu ilə əlaqədar 856 mindən çox test həyata keçirilib.