• 23 Aprel 2024
logo
Gürcüstanda restoranlar və ticarət mərkəzləri açılır

Gürcüstanda restoranlar və ticarət mərkəzləri açılır

Gürcüstanda iyunun 1-dən etibarən iri ticarət mərkəzləri, mağazalar və müştəriləri açıq havada yerləşdirmək imkanı olan restoranlar açılacaq.
Bunu ölkənin baş naziri Georgi Qaxariya deyib.
İyunun 8-dən başlayaraq isə Gürcüstanda bütün restoranlar, hotellər, eləcə də şəhərlərarası nəqliyyat işləyəcək.
Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar Gürcüstanda mart ayında fövqəladə vəziyyət elan olunub. Mayın 22-də fövqəladə vəziyyət və komendant saatı ləğv edilib.