• 5 Dekabr 2020
logo
Almaniyada sosial təmaslara qoyulan məhdudiyyətləri yüngülləşdirməyə qərar verilib

Almaniyada sosial təmaslara qoyulan məhdudiyyətləri yüngülləşdirməyə qərar verilib

Almaniyanın federal və regional hakimiyyət orqanları pandemiya səbəbindən tətbiq olunan sosial təmaslara qoyulan məhdudiyyətləri iyunun 29-dək uzatmağa razılıq versələr də, lakin onları yüngülləşdirməyi qərara alıblar.
Bu barədə Almaniya hökumətinin mətbuat xidməti Federal Kansler Aparatı və Almaniya Federal Torpaqları Rəhbərləri Aparatının rəhbərlərinin danışıqlarından sonra açıqlama verib.
Bu gündən etibarən ən çox 10 və ya 2 ailənin kütləvi şəkildə görüşməsinə icazə veriləcəkdir:
"Həmçinin təmas şəxslərinin sayını mümkün qədər azaltmaq və mümkün qədər eyni təmas dairəsinə riayət etmək tövsiyə olunur".
Sənəddə vətəndaşların şəxsi gigiyena qaydalarına və sosial məsafələrə, o cümlədən evdə görüşlər zamanı riayət etmələrinin vacibliyi qeyd olunur.