İŞİD terror təşkilatının İraqdakı lideri Muataz əl-Cjaburi öldürülüb.
İraqın INA agentliyinin verdiyi xəbərə görə, bu barədə İraqın Antiterror Xidməti məlumat yayıb.
Bildirilib ki, Muataz əl-Cjaburi antiterror əməliyyatı zamanı zərərsizləşdirilib.
Təhlükəsizlik qüvvələrinin məlumatına görə, Muataz əl-Cjaburi İŞİD rəhbərinin köməkçisi olub.