Hidroksixlorokin adlı malyariya dərmanının koronavirusa qarşı vasitə kimi sınaqdan keçirilməsi dayandırılıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
Qeyd olunur ki, bir neçə ölkədə keçirilən sınaqlar müvəqqəti olaraq dayandırılıb.
Bəzi araşdırmalar nəticəsində müəyyən olub ki, hidroksixlorokin xəstələrin COVID-19 infeksiyasından ölüm riskini daha da artırır.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp koronavirusa yoluxmamaq üçün hidroksixlorokin qəbul etdiyini deyib.