• 15 Avqust 2020
logo
Ermənistanda koronavirusa yoluxanların sayı 7 400 nəfəri keçib

Ermənistanda koronavirusa yoluxanların sayı 7 400 nəfəri keçib

Ermənistanda koronavirusa yoluxanların sayı 7 402 nəfərə çatıb.
Erməni KİV-ləri məlumatına görə, son sutka ərzində 289 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 4 nəfərin ölümü qeydə alınıb.
Bu günədək Ermənistanda 91 nəfər koronavirusdan ölüb, 4 052 nəfərin müalicəsi isə davam edir.
Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.