• 25 Aprel 2024
logo
Meksika sahillərində 5,5 bal gücündə zəlzələ baş verib

Meksika sahillərində 5,5 bal gücündə zəlzələ baş verib

Meksikanın qərb sahili yaxınlığında 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə ABŞ-ın Geoloji xidməti bildirib.
Məlumata əsasən, zəlzələnin episentri Mapastepek şəhərindən 125 km cənub-qərbdə (əhalisi təxminən 18 min nəfər), ocağı isə 15,8 kilometr dərinlikdə yeləşib.
Dağıntı, xəsarət alan və sunami təhlükəsi barədə məlumat verilməyib.