• 25 Oktyabr 2020
logo
Ukrayna Ali Radasının deputatının xidməti otağında meyiti tapılıb

Ukrayna Ali Radasının deputatının xidməti otağında meyiti tapılıb

Ukrayna Ali Radasının deputatı Valeri Davidenkonun kabinetində cəsədi aşkarlanıb.
APA newsua.ru-ya istinadən xəbər verir ki, bu barədə deputatın sosial şəbəkədəki şəxsi səhifəsində bildirilib.
Qeyd edilib ki, deputat Davidenko Valeri Nikolaeviçin kabinetində meyiti tapılıb: “Hadisə araşdırılır. Təxminən bir saat əvvəl Davidenkonun cəsədi xadimə qadın tərəfindən aşkar edilib”.
Onun güllə yarasında dünyasını dəyişdiyi bildirilir.
Davidenko 16 mart 1973-cü ildə anadan olub. Əvvəllər Petro Poroşenkonun blokunda təmsil olunurdu.