• 6 İyun 2020
logo
Gürcüstanda koronavirusa yoluxanların sayı 728 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 728 nəfərə çatıb

Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 5 yoluxma halı qeydə alınıb.
Bu barədə Tbilisi İnfeksiyon Xəstəliklər Xəstəxanasının Tibbi direktoru Marina Ezuqbaya bildirib. Bununla da ölkədə qonşu ölkədə yoluxanların sayı 728 nəfərə çatıb.
Qeyd olunub ki, Gürcüstanda koronavirus səbəbi ilə 3259 nəfər karantində saxlanılır, 207 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 509 nəfər sağalıb, 12 nəfər isə dünyasını dəyişib.
Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.