• 4 Dekabr 2020
logo
Ukraynada koronavirusdan ölənlərin sayı 600-ü ötüb

Ukraynada koronavirusdan ölənlərin sayı 600-ü ötüb

Ukraynada daha 432 nəfərdə koronavirus aşkarlanıb, 17 nəfər ölüb.
Bu barədə ölkənin Səhiyyə naziri Maksim Stepanov bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 20580-ə, ölənlərin sayı isə 605-ə çatıb. Virusa yoluxanlardan 6929 nəfəri sağalıb.