• 13 Avqust 2020
logo
Almaniyada bir sutkada 638 nəfər COVID-19 xəstəliyinə yoluxub

Almaniyada bir sutkada 638 nəfər COVID-19 xəstəliyinə yoluxub

Almaniyada son sutkada yeni növ koronavirus infeksiyasına yoluxanların 638, ölənlərin sayı isə 42 nəfər artıb.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkədə COVID-19 xəstəliyi ilə bağlı hesabat aparan Robert Kox Universiteti bu barədə məlumat yayıb.
Bundan əvvəlki gün burada 460 nəfərin virusa yoluxduğu, 27 nəfərin öldüyü deyilirdi.
Epidemiyanın başlanğıcından bəri Almaniyada 177 850 nəfərdə koronavirus aşkarlanıb, 8216 nəfər isə eyni diaqnozdan ölüb. Təxminən 160 min koronaviruslu xəstə sağalıb.
Ən çox yoluxma halları Bavariya (46 132), Şimali Reyn-Vestfaliyada (37 139) və Baden-Vürtemberqdə (34 345) qeydə alınıb. Berlində isə bu rəqəm 6614-ə bərabərdir.