• 30 May 2020
logo
Gürcüstanda fövqəladə vəziyyət rejimi ləğv edilib

Gürcüstanda fövqəladə vəziyyət rejimi ləğv edilib

Gürcüstanda yeni növ koronavirus pandemiyası səbəbi ilə tətbiq edilən fövqəladə vəziyyət rejimi ləğv edilib.
Gürcüstan hökumətinin qərarına əsasən, mayın 23-dən etibarən bütün ölkə ərazisində fövqəladə vəziyyət rejimi tətbiq olunmayacaq.
Qeyd edək ki, qonşu ölkədə “COVID-19” pandemiyası ilə əlaqədar olaraq martın 21-də fövqəladə vəziyyət rejimi elan edilib. Ölkədə epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar olaraq Gürcüstan Prezidenti Salome Zurabişvili aprelin 17-də fövqəladə vəziyyət rejiminin mayın 10-dək uzadılması barədə sərəncam imzalayıb. Aprelin 22-də isə Gürcüstan parlamenti ölkədə fövqəladə vəziyyətin mayın 22-dək uzadılması ilə bağlı Prezident Salome Zurabişvilinin sərəncamını dəstəkləyib.
Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma fevralın 26-da qeydə alınıb. Həmin tarixdən ölkədə təsdiqlənmiş yoluxma hallarının sayı 723-ə çatıb.