• 5 Dekabr 2020
logo
Britaniyada son sutkada koronavirusdan 351 nəfər ölüb

Britaniyada son sutkada koronavirusdan 351 nəfər ölüb

Böyük Britaniyada indiyədək yeni növ koronavirusdan (COVID-19) 36393 nəfər vəfat edib.
APA-nın "Guardian"a istinadən verdiyi xəbərə görə, son sutkada Böyük Britaniyada 351 nəfər koronavirusdan ölüb.
Son 24 saat ərzində 3287 yeni yoluxma faktı qeydə alınıb, bununla da indiyədək Britaniyada COVID-19-a yoluxanların ümumi sayı 254195 nəfər çatıb.