• 4 Dekabr 2020
logo
Putin: “Rusiyada koronavirusla bağlı vəziyyət stabilləşir”

Putin: “Rusiyada koronavirusla bağlı vəziyyət stabilləşir”

Rusiyada koronavirusla bağlı vəziyyət stabilləşir.

APA nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya prezidenti Vladimir Putin ölkədə sanitar-epidemioloji vəziyyətlə bağlı keçirilən iclasda bildirib.

O, ölkə ərazisində koronavirus infeksiyasının yayılması ilə bağlı vəziyyətin stabilləşdiyini söyləyib: “Yoluxma halları yavaş yavaş azalmağa başlayıb”.

Qeyd edək ki, son sutka ərzində Rusiyada 8894 yoluxma halı qeydə alınıb.