• 4 Dekabr 2020
logo
Pakistanda qəzaya uğrayan təyyarənin göyərtəsində 107 nəfər olub

Pakistanda qəzaya uğrayan təyyarənin göyərtəsində 107 nəfər olub

Pakistan Mülki Aviasiya İdarəsinin sözçüsü Əbdül Səttar Airbus A320 sərnişin təyyarəsinin Kəraçi aeroportu yaxınlığında qəzaya uğradığını təsdiq edib. APA-nın "Əl Cəzirə"yə istinadən verdiyi xəbərə görə, Ə. Sattar bildirib ki, ilkin məlumata əsasən, Lahor şəhərindən Kəraçiyə uçan təyyarədə 99 sərnişin, 8 nəfər ekipaj üzvü olub. Kəraçi aeroportu yaxınlığında qəzaya uğrayan təyyarə evlərin üstünə düşüb. *** saat 14:18 Pakistanda sərnişin təyyarəsi qəzaya uğrayıb. APA-nın xəbərinə görə, Geo TV Pakistan Beynəlxalq Aviaşirkətinə məxsus təyyarənin bu gün Kəraçi şəhəri yaxınlığında qəzaya uğradığı barədə məlumat yayıb. Təyyarədəki sərnişinlərin sayı, ölənlərin olub-olmadığı dəqiqləşdirilir. "Kyodo" agentliyi isə təyyarənin göyərtəsində 100-dək insanın olduğunu yazır.