• 11 İyul 2020
logo
Rusiyada sərnişinlər uçuş zamanı məcburi tibbi maska və əlcəkdən istifadə edəcək

Rusiyada sərnişinlər uçuş zamanı məcburi tibbi maska və əlcəkdən istifadə edəcək

Rusiya Federal Hava Nəqliyyatı Agentliyi və “Rospotrebnadzor” tərəfindən təyyarələrdə və hava limanlarında koronavirsa qarşı mübarizə çərçivəsində anti-epidemioloji məhdudiyyətləri əks etdirən təlimat hazırlanıb.
APA m24.ru-ya istinadən xəbər verir ki, təlimat 3 mərhələdən ibarətdir.
Birinci mərhələdə sərnişinlərdən qoruyucu tibbi maska və əlcəklərdən istifadə tələb olunacaq.
Uçuş 3 saatdan çox davam edərsə, maskalar yeniləri ilə əvəz olunacaq.
Bundan əlavə, ekipaj üzvləri və sərnişinlər təyyarəyə daxil olduqda əlləri dezinfeksiya ediləcək.
İkinci mərhələdə sərnişinlərin yerləşdirilməsində sosial məsafə əsas götürüləcək. Ara məsafəsi arxadan, yanlardan bir oturacaq qədər hesablanıb.
Üçüncü mərhələdə isə tualetə getmək istisna edilməklə, sərnişinlərin hərəkətinə məhdudiyyət qoyulacaq.
Həmçinin bildirilib ki, yeməklərə yalnız möhürlənmiş qablaşdırmadan veriləcək.
Qeyd edək ki, Rusiyada bu il yay tətili səfərlərinin epidemioloji vəziyyət nəzərə alınaraq, yaxın iki həftədə həyata keçirilməsi gözlənilir.