• 28 Noyabr 2020
logo
Rusiyada koronavirusa yoluxanların sayı 300 minə yaxınlaşır

Rusiyada koronavirusa yoluxanların sayı 300 minə yaxınlaşır

Rusiyada son sutka ərzində daha 9263 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 299 941 nəfərə çatıb.

Son sutka ərzində 115 nəfər koronavirusdan ölüb. Ümumilikdə koronavirusdan ölənlərin sayı 2837 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 76 130 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ-dan sonra ikinci yerdə gəlir.