• 28 Mart 2024
logo
RAİ MeqaFon-u səhvini düzəltməyə məcbur edib

RAİ MeqaFon-u səhvini düzəltməyə məcbur edib FOTO

Rusiya Azərbaycanlılar İttifaqının (RAİ) operativliyi və qətiyyətli addımı nəticəsində Rusiyanın ikinci böyük mobil operatoru MeqaFon səhvini düzəldərək öz xidməti xəritəsindən müstəqil dövlət kimi təqdim etdiyi Dağlıq Qarabağın adını çıxarıb.
Bu barədə BayMedia.az-a RAİ-dən bildirilib.
Xatırladaq ki, bir müddət öncə MeqaFon növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünə sayğısızlıq nümayiş etdirərək beynəlxalq hüquqa, Rusiya ilə Azərbaycan arasında mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinə məhəl qoymayaraq Ermənistan tərəfdən işğal edilən Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağı öz xidmət xəritəsində müstəqil dövlət kimi göstərib. Şirkət Azərbaycanla Qarabağın guya fərqli ərazilər olduğunu vurğulamaq üçün danışıq tariflərini uyğun olaraq hər dəqiqə üçün 25 və 20 rubl müəyyən edib.
Bununla bağlı RAİ dərhal bəyanat verərək MeqaFon-u səhvini düzəltməyə məcbur edib. RAİ-nin bəyanatı öz səmərəsini verib və MeqaFon Qarabağın adını xidməti xəritəsindən çıxarıb.