• 24 Noyabr 2020
logo
Putin və Ərdoğan arasında telefon danışığı olub

Putin və Ərdoğan arasında telefon danışığı olub

Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı liderlər koronavirus pandemiyası ilə mübarizə mövzusunu müzakirə ediblər.

Hər iki ölkənin profil strukturlarının gələcəkdə əməkdaşlığının vacibliyi qeyd olunub. Rusiyanın dövlət başçısı türkiyəli tərəfdaşlara Türkiyədə olan Rusiya vətəndaşlarının vətənə qayıtmasına yardım etdiyinə görə təşəkkürünü bildirib .

Putin və Ərdoğan Suriyadakı vəziyyətlə bağlı da fikir mübadiləsi aparıb. Rusiya və Türkiyə liderləri Liviyadakı toqquşmalardan narahatlıqlarını ifadə ediblər.

Bundan başqa telefon danışığı zamanı Rusiya Türkiyə ikitərəfli münasibətlərinin aktual məsələlərinə toxunulub.