• 26 Noyabr 2020
logo
ABŞ-da neft-qaz qazma qurğularının sayı rekord səviyyəyədək azalıb

ABŞ-da neft-qaz qazma qurğularının sayı rekord səviyyəyədək azalıb

ABŞ-da neft və qazın hasilatı üçün istifadə olunan qazma qurğularının sayı doqquzuncu həftədir ki, davamlı olaraq azalmağa davam edir və 1940-cı illərdən (hesabatların aparıldığı vaxtdan) bəri ən aşağı səviyyəyə enib.

Bu barədə "APA-Economics" neft sənayesi xidmətlərinin göstərilməsində ixtisaslaşmış "Baker Hughes" şirkətinə istinadən xəbər verir.

Məlumata əsasən, ötən həftə neft-qaz qazma qurğularının sayı 35 vahid azalaraq 339-a təşkil edib. Ötən ilin müvafiq dövründə ABŞ-da 987 neft və qaz qazma qurğusu fəaliyyət göstərib.