• 29 Noyabr 2020
logo
KTMT-nin baş katibi: “Belarusda Rusiya hərbi bazasının yerləşdirilməsi müzakirə edilmir”

KTMT-nin baş katibi: “Belarusda Rusiya hərbi bazasının yerləşdirilməsi müzakirə edilmir”

“Moskva və Minsk Belarusda Rusiya hərbi bazasının yerləşdirilməsini müzakirə etmir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas deyib.

“Bildiyim qədəri ilə hazırda Rusiya Federasiyası Müdafiə Nazirliyinin hərbi bazasının Belarus ərazisində yerləşdirilməsi məsələsi iki dövlətin siyasi gündəmində yoxdur”, - deyə KTMT baş katibi vurğulayıb.

O qeyd edib ki, bu məsələ hər şeydən öncə ikitərəfli əməkdaşlığa aiddir: “Qeyd etmək istərdim ki, ikitərəfli əməkdaşlıq olduqca dinamik inkişaf edir. Texnologiyanın inkişafının müasir səviyyəsini nəzərə alaraq belə nəticə çıxarmaq olar ki, qoşunların yüksək hazırlıq səviyyəsi, mobilliliyi KTMT-nin Şərqi Avropa regionunda hərbi təhlükəsizliyin təmin olunmasına əlavə hərbi infrastrukturun yerləşdirilməsi və Belarus Respublikası ərazisində yeni Rusiya bazası olmadan da imkan verir”.