• 29 Noyabr 2020
logo
İrandan 94, Türkiyədən 212, Özbəkistandan 50 nəfər Azərbaycan vətəndaşı ölkəyə gətirilib

İrandan 94, Türkiyədən 212, Özbəkistandan 50 nəfər Azərbaycan vətəndaşı ölkəyə gətirilib

“5 may tarixində İran-Azərbaycan quru sərhədi ilə 94 nəfər Azərbaycan vətəndaşı ölkəyə gətirilib".

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, 7 may tarixində İstanbul-Bakı reysi ilə iki ardıcıl çarter reysi həyata keçirilib, bu çərçivədə 212 Azərbaycan vətəndaşının ölkəyə gətirilməsi təmin olunub.

H. Hacıyev qeyd edib ki, 8 may tarixində Daşkənd-Bakı reysi ilə 50 nəfər Azərbaycan vətəndaşı ölkəyə gətirilib.