• 1 Dekabr 2020
logo
Avstriya-Almaniya sərhədi iyunun 15-dən açılacaq

Avstriya-Almaniya sərhədi iyunun 15-dən açılacaq

Avstriya-Almaniya sərhədi iyunun 15-dən etibarən açılacaq.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Avstriyanın Turizm naziri Elizabet Koestinger bildirib.

Nazir deyib ki, Almaniya kansleri Angela Merkel və Avstriya kansleri Sebastian Kurtz səyahət məhdudiyyətlərini yumşaltmaq üçün iki səviyyəli plan barədə razılığa gəliblər.

O qeyd edib ki, mayın 15-dən etibarən sərhəd nəqliyyatında bəzi məhdudiyyətlər yüngülləşdiriləcək və iyunun 15-dən isə sərhəd nəzarəti tamamilə ləğv ediləcək.