• 5 Dekabr 2020
logo
Vaşinqton-Ankara əlaqələrində qıcıqlandırcı ünsür - S-400

Vaşinqton-Ankara əlaqələrində qıcıqlandırcı ünsür - S-400

Türkiyənin S-400 raket sistemini alması Vaşinqton-Ankara əlaqələrində qıcıqlandırcı ünsür olmaqda davam edir. Bu sözləri ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri deyib. “S-400 olduqca mühüm, qarmaqarışıq məsələdir. Üstəlik, İkinci Dünya müharibəsindən sonra ABŞ-ın müttəfiqlərinin müdafiəsinə yönəlik ən böyük investisiyası olan F-35 qırıcısı ilə bağlıdır. Türkiyənin etdikləri bu investisiyanı baltalayır. Hər iki tərəf bu məsələdə dayanmış vəziyyətdədir. Bu, problemlərin ən böyüyüdür. Liviya, NATO, Qaradəniz-Qafqaz bölgəsi, Suriya, İraq məsələlərində çox yaxşı anlaşırıq”, - deyə diplomat bildirib.