• 5 Dekabr 2020
logo
Özbəkistanda koronavirusa yoluxanların sayı 2453-ə çatıb

Özbəkistanda koronavirusa yoluxanların sayı 2453-ə çatıb

Özbəkistanda koronavirusa yoluxanların sayı 2450 nəfəri ötüb.

APA-nın RİA Novosti-yə istinadən xəbərinə görə, bu barədə Özbəkistanın Səhiyyə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, son sutka ərzində ölkədə daha 35 koronavirusa yoluxma qeydə alınıb.

Ümumilikdə, Özbəkistanda virusa yoluxanların sayı 2453-ə çatıb, virusdan ölənlərin sayı isə 10-dur.