• 24 Noyabr 2020
logo
PKK terrorçuları Suriyanın Əl-Bab bölgəsində partlayış törədib, yaralılar var

PKK terrorçuları Suriyanın Əl-Bab bölgəsində partlayış törədib, yaralılar var

Suriyanın şimal-qərbində, Türkiyənin “Fərat qalxanı” əməliyyatı çərçivəsində təmizlənən Əl-Bab şəhərində insanların sıx olduğu nöqtəyə qoyulmuş bombanın partladılması nəticəsində 11 mülki şəxs yaralanıb.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
“Bu dəfə terror təşkilatı PKK/YPG terrorçuları “Fərat qalxanı” əməliyyatı bölgəsində sülh və təhlükəsizlik mühitini hədəf alıb. Terrorçular biri ağır olmaqla azı 11 günahsız mülki insanı yaralayıblar”, - deyə nazirlikdən bildirilib.
Yaralılar Əl-Babdakı xəstəxanalara yerləşdirilib. Hadisə yerini araşdıran yerli təhlükəsizlik qüvvələri hücumun YPG/PKK terror təşkilatı tərəfindən həyata keçirildiyi ehtimalını nəzərdən keçirir.