• 1 Dekabr 2020
logo
İspaniyada koronavirusdan ölənlərin sayı 26 min 621 nəfərə çatıb

İspaniyada koronavirusdan ölənlərin sayı 26 min 621 nəfərə çatıb

İspaniyada son sutka ərzində yeni növ koronavirusa (COVİD-19) yoluxan daha 143 nəfər ölüb.
Bu barədə İspaniya Səhiyyə Nazirliyi məlumat yayıb.
Bu, martın 18-dən sonra qeydə alınan ən aşağı ölüm göstəricisidir. Beləliklə, İspaniyada koronavirusdan ölənlərin sayı 26 min 621 nəfərə çatıb.
Son 24 saat ərzində daha 621 nəfər koronavirusa yoluxub, 2 min 214 nəfər sağalıb. İndiyə qədər ölkədə 224 min 390 nəfər koronavirusa yoluxub, 136 min 166 nəfər sağalıb.