• 1 İyul 2025
logo
Materik Çində sutkada bir aktiv koronavirusa yoluxma faktı aşkar edilib

Materik Çində sutkada bir aktiv koronavirusa yoluxma faktı aşkar edilib

Materik Çində son 24 saat ərzində xaricdən gətirilən bir koronavirusa yoluxma halı (Tyantsin şəhəri), həmçinin ölkə daxilində xəstəliyin simptomsuz keçməsinin 15 fakti qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Çinin Dövlət Səhiyyə Komitəsi bildirib.

Ölkədə sutka ərzində koronavirusla bağlı ölüm faktı qeydə alınmayıb.

Dekabr ayından bəri Çində 4 633 nəfər koronavirusun səbəb olduğu ağırlaşmadan ölüb, 82 887 nəfər koronavirus yoluxub, onlardan 1 681 nəfəri xaricdən gəlib.