• 27 Noyabr 2020
logo
ÜST koronavirusla mübarizə üçün tətbiqi işə salacaq

ÜST koronavirusla mübarizə üçün tətbiqi işə salacaq

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu ayda resursları az olan ölkələrdəki insanlara koronavirus əlamətlərin olub-olmamasının qiymətləndirməyə imkan verən tətbiq işə salacaq.

Bu barədə "Reuters" agentliyi bildirib.

Tətbiqdə simptomları ilə bağlı sualları cavablandıra və koronavirusa yoluxma haqqında tövsiyələr ala biləcəklər. İstifadəçinin ölkəsinə əsaslanan proqram vətəndaşın koronavirus ilə bağlı testini harada və necə keçirə biləcəyi haqqında da məlumat verəcəkdir.

Bildirilib ki, Hindistan, Avstraliya və Böyük Britaniya epidemiya ilə mübarizədə kömək göstərəcək rəsmi tətbiqlərini artıq işə salıb.