• 26 Noyabr 2020
logo
MDB XİN başçıları Şurasının iclasında nasizmin qəhrəmanlaşdırılması cəhdlərinə xüsusi diqqət ayrılacaq

MDB XİN başçıları Şurasının iclasında nasizmin qəhrəmanlaşdırılması cəhdlərinə xüsusi diqqət ayrılacaq

Mayın 12-də Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O, iclasın ilk dəfə videokonfrans formatında keçiriləcəyini söyləyib.

M. Zaxarova MDB XİN başçıları Şurasının iclasında müzakirə olunacaq məsələləri də açıqlayıb.

Onun sözlərinə görə, iclas iştirakçıları beynəlxalq və regional gündəmdə olan mövzularla bağlı fikir mübadiləsi aparacaqlar: "Xarici İşlər Nazirlikləri arasında koronavirus infeksiyasının yayılmasına qarşı birgə əməkdaşlıq məsələlərinə dair tapşırıqlar müzakirə ediləcək. Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinə, tarixin təhrif olunması və nasizmin qəhrəmanlaşdırılması cəhdlərinə xüsusi diqqət ayrılacaq. İclasda hüquq-mühafizə orqanları, mədəniyyət, humanitar və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə istiqamətlənən bir sıra qərarların qəbul olunacağı gözlənilir”.

M. Zaxarova qeyd edib ki, iclasda 2020-ci il üçün Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr planı da təsdiq ediləcək.