• 26 Noyabr 2020
logo
Hindistanda 14 nəfər qatarın altında qalaraq ölüb

Hindistanda 14 nəfər qatarın altında qalaraq ölüb

Hindistanda 14 nəfər qatarın altında qalaraq ölüb.

APA-nın "Times of India"ya istinadən verdiyi xəbərə görə, hadisə Maharashtra Aurangabad regionunun Gadhejalgaon kəndində baş verib.

Polisin verdiyi məlumata görə, Hindistanın Nanded bölgəsindən Manmada benzin və dizel daşıyan qatar relslərin üzərində yatan 14 miqrant işçinin üstündən keçib.

Hadisə nəticəsində ölən şəxslər koronavirusla mübarizə çərçivəsində hökumətin tətbiq etdiyi məhdudiyyətlərə görə işlərini itirdikdən sonra öz kəndlərinə qayıdırmışlar.

”Onlar bütün gecəni yol getdikləri üçün yorğun olublar və qatar relsləri üzərində yuxuya gediblər. Ehtimal edilir ki, karantin səbəbi ilə onlar qatarın hərəkət etməsini gözləməyiblər”, - deyə polisin məlumatında bildirilib.

Hadisə nəticəsində 5 nəfər yaralanıb.