• 29 Noyabr 2020
logo
Marneulidə məhdudiyyətlər qaldırılır

Marneulidə məhdudiyyətlər qaldırılır

Mayın 18-dən Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda koronavirusa görə tətbiq edilən məhdudiyyətlər götürüləcək.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxaria Qurumlararası Koordinasiya Agentliyinin iclasında bildirib.
O bildirilib ki, rayona giriş-çıxış həmin tarixdən etibarən tam açılacaq.
Baş nazir həmçinin qeyd edib ki, mayın 11-dən Tbilisiyə giriş-çıxış, 14-dən isə Rustavi şəhərinə və Qardabani rayonuna giriş-çıxışa icazə veriləcək.
“Məhdudiyyətlərin qismən götürülməsindən sonra da ölkə ərazisində komendant saatının tətbiqi davam edəcək”, - deyə G. Qaxaria bildirib.