• 6 Dekabr 2020
logo
Gürcüstanda koronavirusa yoluxanların sayı 615 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 615 nəfərə çatıb

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 615 nəfərə çatıb.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Qeyd olunub ki, qonşu ölkədə koronavirus səbəbi ilə 5002 nəfər karantində saxlanılır, 485 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 275-i sağalıb, 9-u isə vəfat edib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.