• 24 Noyabr 2020
logo
İranda son sutkada koronavirusdan 78 nəfər ölüb

İranda son sutkada koronavirusdan 78 nəfər ölüb

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 78 nəfər vəfat edib.
Bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İrandan koronavirusdan ölənlərin sayı 6418 nəfərə çatıb.
İranda son sutka ərzində koronavirusa 1680 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 101650 nəfərə çatıb.
İndiyədək xəstəlikdən 81587 nəfər sağalıb.
Hazırda virus daşıyıcısı olan xəstələrdən 2735 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.