• 26 Noyabr 2020
logo
Bəşər Əsədin əmisi oğlu saxlanıldı

Bəşər Əsədin əmisi oğlu saxlanıldı

Suriya rejimi uzun illərdir ona dəstək verən Bəşər Əsədin əmisi oğlu, biznesmen Rami Makhloufa qarşı əməliyyat keçirib. Əsədin əmisi oğlu vergidən yayınmaqda təqsirli bilinib. Suriya hüquq-mühafizə orqanları biznesmenin şirkətlərində əməliyyat keçirərək çox sayda əməkdaşını saxlayıb.
Həmçinin Rami Makhloufa qarşı 300 milyon dollar vergi cəzası kəsilib.
Pulu ödəməsi üçün ona verilən müddətə 2 gün qalmış həbs olunan Rami Makhloufa sosial hesabında Bəşər Əsədə meydan oxuyub. Biznesmen deyib ki, şirkətlərindən uzaqlaşdırılmasını, deyilənlərin etməyini istəyirlər: “Gözlərim bağlanmış halda cavab verə bilmirəm. Şirkətlərimdə rəhbər şəxsləri həbs edərək təzyiqlərə başladılar. Təhlükəsizlik qüvvələri qeyri-insani formada işçilərimizi həbs edib”.
Bəşər Əsədə səslənən əmisioğlu bildirib ki, artıq təhlükəsizlik qüvvələri insanların azadlıq hislərini sındırmağa başlayıb: “Bu insanların sizin sadiq dəstəkçilərinizdir. Durum təhlükəlidir və davam edərsə ölkənin vəziyyəti çox çətin olacaq. Bu gün şirkətlərimdən ayrılmağımı və gözlərim bağlı olduğu halda təlimat verməyimi istəyirlər”.
Xatırladaq ki, Bəşər Əsədin əmisioğlu Rami Makhlouf və qardaşı Suriyada “Syriatel” telekommunikasiya imperiyasının sahibidir. Eyni zamanda ölkə iqtisadiyyatının 60 faizinə nəzarət edirlər.